Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATV-nin Zauru karantin qaydalarını pozub, evində ad günü məclisi qurdu - VİDEO

ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev evində ad günü məclisi keçirib.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, teleaparıcı ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarını pozaraq, evində həm özünün, həm də anası Dilavər xanımın ad gününü qeyd edib.

Həmin anları telefonunun yaddaşına köçürən Zaur doğum günü “party”sindən görüntüləri sosial media hesabında paylaşıb.

Sosial şəbəkə istifadəçiləri teleaparıcı ilə anasını təbrik ediblər.

Efirdən insanlara səslənərək, karantin rejimi qaydalarına əməl olunmasını xahiş edən Z.Baxşəliyev özü bu tələbləri pozub. Paylaşılan videoda 10-dan çox insanın ad günü məclisində iştirak etməsi nəzərdən qaçmayıb. 

Qeyd edək ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tətbiq edilən qaydalara əsasən, 10 nəfərdən artıq bir yerdə toplaşmaq qadağandır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...