Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATV-nin məşhur aparıcısı QƏFLƏTƏN ÖLDÜ - FOTO

Türkiyənin ən məşhur yazarlarından olan Tayfun Talipoğlu vəfat edib.

Publika.az xəbər verir ki, “Anadolu insanının səsi” kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.

Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar “Milliyət” qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda “Takvim”, “Yeni Yüzyıl”, “Cumhuriyet” qəzetlərinin köşə yazarı idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...