Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TƏBİB: “Arif Quliyevin ölüm xəbəri yalandır”

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

“Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış Oxu.Az-a bildirib ki, yayılan məlumatlar əsassızdır.

O, həmçinin qeyd edib ki, Xalq artistinin vəziyyəti dəyişməyib, ağır olaraq qalır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...