Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Arka sokaklar”ın aktyoru xərçəng xəstəliyinə tutuldu

Türkiyənin sevilən "Arka sokaklar” serialının Volkan obrazını canlandıran gənc aktyoru Boğaç Aksoy xərçəng xəstəliyinə tutulub.

Bununla bağlı 32 yaşlı aktyor "Instagram” hesabında yazıb:

"... Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Lenfoma xərçənginə tutulmuşam... Ən yaxın zamanda ayağa qalxmaq üçün əlimdən gələni edəcəyəm. Dualarınızı əsirgəməyin...”.

Qeyd edək ki, aktyor 2012-ci ildə "Best Model Of Turkey” yarışmasında üçüncü olub.

"Çılğın Dersane 3” filmində rol alan Aksoy sonradan karyerasın "Arka sokaklar” serialı ilə davam edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...