Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müğənni Zeynəb baş tutmayan sevgisi haqqında ilk dəfə danışdı: “ - ...dedi ki, ya o, ya mən” – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.

Sənətçi sevdiyi insandan anasına görə ayrıldığını etiraf edib:

“Bir oğlanla danışırdıq. Anam bilirdi. 2011-ci ildə həbs olundu. Bir müddət danışa bilmədik. Sonra danışmağa başladıq. Mənə dedi ki, gəl evlənək, mənə də həbsdə narahat qalmayım.

Anama olanları dedim. Mənə dedi ki, onunla evlənsən, südümü sənə halal etmərəm. Şərt qoydu ki, ya o, ya mən. Mə də anama söz verdim ki, o həbsdən çıxan günü ayrılacağam.

2014-cü ildə həbsdən çıxdı. Görüşdük, danışdıq. Ona heç nə demədim. Sağollaşıb gedəndə nömrəni çıxarıb atdım. Əlaqəni kəsdim.

Məni çox axtarıb. Yoxa çıxdım. Onunla ailə qurmaq istəyirdim. Ondan sonra bu istəyimdən vaz keçdim. Artıq kiminləsə ailə qurmaq, gəlinlik geyinmək beynimdə yoxdur. Ondan ayrılmaq səbəbimi bilmirdi. Artıq biləcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...