Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elnarə Xəlilova boksçu qız obrazında - VİDEO - FOTOLAR

Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısı üçün kameralar qarşısına keçib. Mahnının söz və musiqisi Şəhriyar Ramazanzadəyə məxsusdur. Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. 3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar,  “Cobra” İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçir.

Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılır. Mahnıya rejissor Bəhurz Qurbanlı quruluş verir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...