Nazilə: "Şəhidin baldızı ödənişsiz xınayaxdı istəyir, belə şey olar?!"
"Sosial şəbəkələrə nəzər yetirirəm, bir gün hamı xoş sözlər yazır, təəccüblənirəm. Növbəti gün sanki o insanların yerinə "moşenniklər”, yaltaqlar, ikiüzlülər, başqalarının heyfini məndən çıxanlar gəlir”.
Bu sözləri şairə Nazilə Səfərli söyləyib. O, İnstaqram səhifəsində açıqlama yayıb və bir neçə məsələ haqda danışıb:
"Mesaj yazıb, xınayaxdı məclislərinə dəvət edirlər. Mən də təklifləri dəyərləndirirəm. Çünki İnstaqram profilimi iş üçün açmışam. Yeniyetmə qız deyiləm ki, burada özümə sevgili axtarım. İşimlə əlaqəli təklifləri cavablandırmalıyam. Yazırlar, əlaqə nömrəmi göndərirəm, sonra "konsert” başlayır. Deyir, uşağım, atam xəstədir. Yaxın zamanda da yeni mövzu çıxıb. Məsələn, söyləyirlər ki, şəhid ailəsiyik, məclisə neçəyə gələrsiniz? Bu, şahmatvari gedişdir, artıq alışmışıq. Əgər şəhidin bacısı, övladı, anası, xanımı yazsa ki, toyumuz var, nə qədərə gələrsiniz, təmənnasız gedərəm. Amma şəhidin baldızı ödənişsiz xidmət istəyir. Belə şey olar?! Bəsdirin də! Şəhidin baldızı, sənin bacın xınayaxdı məclisinə gələ biləcək? Yox. Axı həyat yoldaşının ili çıxmayıb. Bacına nə hörmət qoyursan?! O qara yaylıqda , sən əli xınalı? Biz şəhidlərin ayağının altda bir ovuc torpağıq. Şəhid ailələrindən kim zəng etsə, əlbəttə təmənnasız iştirak edərik. Tək mən deyil, bütün şou nümayəndələri bu addımı atar”.
N.Səfərli ondan müxtəlif yardımlar istənildiyini də söyləyib:
"Biri zəng edib ki, uşağım xəstədir, həkimə aparmaq lazımdır. O uşağı dünyaya gətirəndə məndən soruşmusan? Mən kiməm? Öz evimdə xəstələr var, şikayət etməmişəm. Eşitmisiz ki, deyim evimdə xəstə var, kömək edin? Hamı kimi iki il işləmədim. Bir dəfə də dilə gətirmədim, nəsə satıram demədim. Fikirləşəcəksiniz varındır xərcləmisən. Xeyir! İnsanın qüruru olur. Acından ölərəm, soğanla çörək yeyərəm, amma minnət götürmərəm. Bəlkə də mənim mövqeyim, yanaşmam fərqlidir. Lakin insan qardaşından pul istəmədiyi halda, siz yadlardan necə istəyirsinzi? Hansı vəzifədəyəm? Nə ixtiyarım var ki, nəyəsə qarışım?Heç kiməm!” /// musavat.com
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 961 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub