Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəfiqə müğənnilər duet oxuyub klip çəkdirdilər - FOTOLAR

İki müğənni rəfiqə olan Elnarə Xəlilova və Samira AliMaryam duet ifa ediblər. “İnanıram” adlanan yeni mahnı və klip tamaşaçılara təqdim olunub. Mahnının söz və musiqisi, eyni zamanda layihənin prodüseri Nərmin Behbudovadır ( NARMEEN).

Mahnını Fidan Aliva aranjeman edib. “İnanıram” mahnısına çəkilən klipin rejissoru Aleksey Krupina, montajçısı Fərhad Məmmədli, operatorları Aleksey Krupina və Namiq Vəliyevdir. Klipin çəkilişləri Zağulbada və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qobustan Milli Tarix-Bədii qoruğunda aparılıb.

“İnanıram” mahnısı və klipinin linki:

https://www.youtube.com/watch?v=DqfSlzs5Ygw

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...