Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi gündəm oldu

Xalq artisti Aygün Kazımova paylaşımı ilə gündəmi çalxalayıb.

Sənətçi qatıldığı "Baku Fasion Expo 2022" çərçivəsində azərbaycanlı dünya şöhrətli dizayner Rüfət İsmayılın "Kharı Bulbul by Afffair" kolleksiyasının nümayiş gecəsində kulis arxasında podiuma çıxan məşhur model Günay Musayeva ilə fərqli şəkildə görüşüb.

Müğənnini görən model "Diva" deyərək onu uzaqdan salamlayıb. Musayevaya qucaq açan Kazımova onunla dodaq-dodağa öpüşərək, qucaqlaşıb və salamlayıb.

Həmin anları isə Xalq artisti sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Aygün Kazımova illər əvvəl aparıcı Afaq Gəncəli ilə salamlaşaraq, onu dodağından öpmüşdü. Həmin foto ilə ikili məşhur dillərə düşmüşdü. Kazımova bu hərəkətinə "Bir qızım İlqarəni, bir də Afaqı dodağından öpə bilərəm" açıqlama vermişdi.

 ///bizim media

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...