Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın “Eurovision” təmsilçisi ilə bağlı araşdırma başladı - VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti Ermənistanın “Eurovision-2017”dəki təmsilçisi Arsvik Arutunyanın Krıma səfər edib-etməməsi ilə bağlı araşdırmalara başlayıb.

APA TV-nin xəbərinə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Yelena Gitlyanskaya televiziya ilə çıxışında bildirib.

KİV-in məlumatına görə, Arsvik Arutunyana Krıma səfər etməsi ilə əlaqədar Ukraynaya giriş qadağası qoyula bilər. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko bildirib ki, əgər müğənni Krımın ilhaqından sonra ora səfər edibsə, onun Ukraynaya girişi ilə bağlı xüsusi qərar qəbul ediləcək.

Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Yelena Gitlyanskaya isə deyib ki, əgər Arsvik Arutunyanın Krıma səfər etdiyi dəlillərlə təsdiqlənsə, onun Ukraynaya girişi qadağan edilə bilər.

Martın 22-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın “Eurovision” təmsilçisi Yuliya Samoylovanın Ukraynaya girişinə üç illik qadağa qoyub.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi bu il Kiyevdə keçiriləcək. Müsabiqənin finalı mayın 13-nə təyin edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...