Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Suda batmışdım, İlkin xilas etdi" - Mətanət

Müğənni Mətanət Əsədova başına gələn hadisədən danışıb. 

Mynews.az-ın məlumatına görə, muğam ifaçısı “10-dan sonra” verilişində ölümdən döndüyünü deyib:

“Ölüb yenidən dirildim. İnanmazdım ki, gözümü açardım. Suda batmışdım. Məni həmkarım İlkin Əhmədov xilas etdi. Çatmasaydı öləcəkdim”.

Həmkarlarından danışan M.Əsdova onları qeyri-səmimi adlandırıb:

“İçdən məni çox istəyən azdır. Həmişə sözü düz deyən olmuşam. Üzünə can deyib, arxada danışırlar. Mən xanım ifaçılardan danışıram. Xalqın könlündə, yaddaşında qalan azdır. Mənim hər çıxışım böyük bir konsertdir”.

(Axşam.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...