Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlk rolu "Telli" obrazı olan dahi kişi sənətkar

Sidqi Ruhullanın Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. O həmçinin Təbrizdə milli teatrın yaradıcısıdır.

Mynews.az sputnik-ə istinadən xəbər verir ki, 1886-cı il martın 28-də Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Sidqi Ruhulla 1906-cı ildə birinci dəfə Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər. Sidqi Ruhullanın Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. O həmçinin Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Kəndlilər", "Fətəli xan" və s. filmlərdə çəkilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...