Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktrisa Türkiyədə seriala çəkilir - "Aldığım qonorar məni qane etdi" - VİDEO

Aktrisa Tunay Əliyeva Türkiyənin tanınmış serialı olan “Ölənə kadar”da rol alıb.

Aktrisa rolunun davamlı olmadığını deyib:

“İki ildir ki, İstanbulda yaşayıram. Aktrisalığın dərin sirlərini öyrənirəm, həm də burada çalışıram. “Ölənə kadar” bəyəndiyim seriallardandır. Təklif birbaşa serialın rejissorundan gəldi, sevə-sevə qəbul etdim. Obrazım davamlı olmayacaq. Ekran işində sınaq məqsədi ilə rol aldım. Sınamaq istəyirdik ki, kamera qarşısında rol almaq məndə necə alınır. Şadam ki, gözəl kollektivlə çalışdım. Mənim üçün təcrübə oldu”.

Tunay serialdan aldığı qonarardan da danışıb:

"Türkiyədə aktyora yüksək məbləğdə qonorar verirlər. Aldığım qonorar məni qane etdi. Amma məbləği açıqlamaq istəmirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...