Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

21 yaşlı məşhur model intihar etdi - FOTOLAR

Məşhur model Raudha Athif Banqladeşdə təhsil aldığı universitetin yataqxanasında özünü asaraq intihar edib.

Mynews.az-ın məlumatına görə, Maldiv adalarında doğulub böyüyən 21 yaşlı model tibb təhsili alırdı.

Universitet rəhbərliyinin “Daily Star” qəzetində verdiyi məlumata görə, Athif hər zaman çox xoşbəxt görünürdü.

Banqladeş polisi isə “Tələbə yoldaşları otağa girməyə çalışdıqda, qapı içəridən bağlı idi. Qapını qırıb içəri girdilər. İntihar olduğuna inanırıq, ancaq ekspertizanın rəyini gözləməkdə fayda var” deyib.

Yaşıl rəngli gözləri və gözəlliyi ilə diqqət çəkən Raudha Athif “Vogue” jurnalının Hindistan versiyasının üz qabığında yer almışdı. Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...