Afaq Aslan filmə çəkildi - "Killer qadın obrazını canlandıracam" - FOTOLAR
Azərbaycanlı müğənni Afaq Aslan özünü aktrisa kimi də sınamaq qərarına gəlib.
Mynews.az-ın məlumatına görə, Baku.ws-ə açıqlama verən ifaçı bildirib ki, tamaşaçılar bundan sonra onu fərqli bir ampluada görəcək: "Hər zaman yaxşı mənada insanları şoka salmağı bacarıram. İncəsənət mənim həyatımın tam hissəsidir. Bu sahənin müxtəlif növlərində özümü sınamışam. Modellik, ifaçılıq, indi də aktrisalıq. Filmə çəkilməyi mənə bir neçə ay öncə təklif etmişdilər. Qərarımı verdim, artıq filmin məşqlərinə başlamışıq. Onu da bildirim ki, bu serial özəl telekanallarımızın birində yayımlanacaq. Mən də killer qadın obrazını canlandıracam”.
Şəxsi həyatından da danışan A.Aslan yenidən ailə qurmaq barədə fikirləşmədiyini də dilə gətirdi: "Mənim üçün ailə qurmaq heç bir problem deyil. Günü bu gün ərə gedərəm. Özü də məmur oğluna, oliqarxa. Sadəcə müvəqqəti evlilik mənə görə deyil. Ailə qursam, bu daimi olacaq. Hələki başım yaradıcılıq işlərimə qarışıb, ailə qurmağa vaxtım yoxdur”.
İfaçı onu da əlavə edib ki, yeni fotosessiya da etdirib: "Hər zaman fərqli fotosessiyalara mən imza atmışam. Şəkillərimə görə məni tənqid edənlər çox olub. Amma mən sıradan biri deyiləm, indi də fotoqraf Azər Ağalarov yeni şəkillərimi çəkib, tənqid eləsinlər, fikir də vermirəm. Tənqidlərə məruz qalıramsa, demək ki, insanların marağına səbəb olmuşam. Maraqsız olsaydım, bu sahədə atdığım addımlar müzakirə olunmazdı”.
Loading...
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 917 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 552 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 551 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 199 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 195 dəfə oxunub
loading...