Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Narkotik üstə tutulan aktyora daha bir zərbə - FOTOLAR

Üzərində narkotik vasitə aşkarlanaraq saxlanılan aktyor Yurdaer Okur yeni başlayacaq "Seni kimler aldı" serialından çıxarılıb.

Mynews.az axşam.az-a istinadən bildirir ki, ATV-də yayımlanacaq olan serialda Yurdaerin baş rolda oynayacağı açıqlanmnışdı. Bundan başqa, serialın tanıtım çarxı da yayımlanmışdı.

Lakin bu gündən etibarən çarx sosial mediadan silinib və serialın fotolarında artıq Okur yer almır. 

Hələ ki, nə kanal, nə də serial komandası bu barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, iki gün əvvəl "Karadayı" serialında canlandırdığı Turqut Akın obrazı ilə yadda qalan aktyor Yurdaer Okur Şimali Kipr Türk Cumhuriyyətində Ercan hava limanında saxlanılıb. Üzərində 1 qram narkotik vasitə ilə saxlanılan aktyor daha sonra 110 min türk lirəsi müqabilində sərbəst buraxılıb. Lakin 43 yaşlı aktyorun məhkəmənin yekun qərarına qədər ölkə xaricinə çıxmağı qadağan edilib. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...