Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elməddin: - "Ailəm narahat olacaq"

Aktyor Elməddin Cəfərov seriallar arasında reklamların çox yayımlanmasına narazıçılıq bildirənlərə cavab verib.

Mynews.az bildirir ki, axşam.az-a açıqlama verən aktyor bildirib ki, reklam verilməsə, qazanc da olmaz:

"Reklamdan tamaşaçı narahat olur. Amma bilmirlər ki, reklam yayımlamasaq, evdə ailəm narahat olacaq. Gərək bizə maddi tərəfdən dəstək durulsun ki, seriallarımızda reklam yayımlamayaq, tamaşaçı oturub bütov filmə baxsın".

E.Cəfərov yeni filmi "Hoqqa"dan da bəhs edib:

"Bizim ekran işi digərlərindən fərqlənir. Çünki, ilk növbədə, film şəhərdən kənarda çəkilib, romantik komediya janrındadır. Bir insanın başına gələn hadisədir. Burada fantastika çoxdur".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...