Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meyxanaçı Kərimin beyninə qan sızdı

Məşhur meyxanaçı Kərimin beyninə qəfil qan sızıb. 

Mynews.az xəbər verir ki, bu barədə Unikal.org-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib: 

“Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...