Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Biznesmenlə sevgili olan aktrisa - “Alça almağa 750 manatım yoxdur"

Gənc aktrisa Pərvin Abıyeva da alça ilə şəkil çəkdirib onu sosial şəbəkədə paylaşan sənətçilər cərgəsinə qoşulub.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, aktrisa qızıl qiymətinə satılan alça almağa pulu olmadığını, meyvənin ona hədiyyə gəldiyini bildirib:

“Ağzı göyçək bəzi insanlara demək istəyirəm ki, mənim alçaya verəcək 750 manatım yoxdur. Olsa da, vermərəm. Ölürsünüz də ağzınıza gələni danışmaq, yazmaq üçün”.

O, alça ilə foto paylaşaraq ona hədiyyə göndərənlərə instaqram vasitəsilə təşəkkür edib: "Dünən canlı yayında alçadan danışdım və bu gün mənə evimizin yanındakı olan marketdən alça hədiyyə gəldi. Çox sağ olsunlar. Bunu göndərən insanı tanımadığım və instaqram ilə görüb göndərdiyi üçün burdan ona təşəkkürümü bildirmək istədim. Amma çox heyif ki, nə qədər pis niyyət insanlarla bir ölkədə yaşayırıq. İndi iyrənc şərhləriniz qalsın ürəyinizdə, bağlayıram”.

Qeyd edək ki, P.Abıyeva gənc iş adamı ilə sevgilini olduğunu bildirib.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...