Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özcan Denizin ermənipərəst olmasını yerli məşhurlarımız təsdiq etdi - FOTOLAR - VİDEO

Prodüser Tolik "İnstagram" səhifəsində türkiyəli müğənni-aktyor Özcan Denizin erməni mahnısına qula asarkən lentəalınmış videosunu yayımlayıb. 
 
Mynews.az-ın məlumatına görə, o, sənətçi haqqında bu sözləri yazıb: "Bu Özcan Deniz yaman ermənipərəstdir. Erməni mahnılarına yaman meyli var. Bu yaxınlarda filminə görə Bakıya gəlib milyonlar qazanacaq. Gedərsiniz baxmağa. Bəzi qızlar "lezvalayar" özünü. Səhifəsində yazıb yaltaqlanın ki, "Bizdə Tolik adlı bir adam var, sizin haqqınızda belə sözlər yazıb". İndi yenə yazacaqsınız ki, musiqinin dili yoxdur. Onun Bakıya gəlməsinə qadağa qoymaq lazımdır. Getsin filmini Ermənistanda təqdim etsin".
 
 
Toliklə yanaşı rejissor Kənan M.M-də Özcan Denizin sözügedən videosunu paylaşaraq sənətçini təhqir edib: "Tanış olun, ilin peysərindən daha bir erməni mahnısı. Bu peysərin üstünə tullanan qızlara salam göndərirəm. Allah şəhidlərimizə rəhmət eləsin". 
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...