Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yanlış məlumat: “Elektra Events Hall” Dua Lipanın konsertindən məlumatsızdır

Bu yaxınlarda bir neçə yerli KİV, 8 iyul tarixində Bakıda ilk dəfə olaraq “Elektra Events Hall” səhnəsində tanınmış britaniyalı, “Warner Music” leyblın müğənnisi Dua Lipanın çıxış ilə bağlı məlumat yaymışdı. Afişada konsertə olan biletlərin qiyməti də qeyd olunmuşdu (60-180 AZN). Lakin redaksiyamıza daxil olan məlumata görə, konsertin təşkili ilə bağlı informasiya yanlışdır.

Mynews.az-ın məlumatına görə, “Warner Music Russia”nın PR meneceri Diana Paşkovskaya Oxu.Az-a bildirib ki, tədbirin keçirilməsi ilə bağlı məlumat əsassızdır.

“Bizim hüquqşünaslarımız hazırda təkzib üçün rəsmi sənəd hazırlayır. Yaranmış vəziyyət - mürəkkəb bir dələduzluqdur, məlumatı yayanlar isə baş tutmayacaq konsertdən pul əldə etmək istəyirlər”. 

“Elektra Events Hall”dan Oxu.Az-a bildiriblər ki, 8 iyul Dua Lipanın konsertinin keçirilməsi ilə bağlı heç bir məlumatları yoxdur. Qeyd edək ki, afişaların üzərində olan nömrələrlə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, britaniyalı müğənni Dua Lipa “Be the one”, “Blow your mind” mahnılarından sonra məşhurlaşıb. 16 yaşında Dua Lipa model olaraq karyerasına başlayıb. Atası Dukagjin o zamanlar rok ifaçısı olub və məşhur müğənni də atasının ifalarına qulaq asaraq böyüyüb. 14 yaşında Christina Aguilera, Nelly Furtado kimi məşhur ifaçıların musiqiləri “cover” edərək öz “YouTube” hesabında paylaşmağa başlayıb.

Eyni zamanda o, bu ərəfədə öz musiqilərini yazmağa başlayıb. 2015-ci ildə Dua Lipa ilk albomunun debütünü “Warner Bros. Records” ilə edir. 2015-ci ilin avqust ayında isə o, “New Love” adlı ilk mahnısını təqdim edir.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...