Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qalmaqallı aparıcı “Space”dən getdi - FOTOLAR

“Space” TV-də yayımlanan “Təəccüb dairəsi” verilişinin aparıcısı işdən ayrılıb. 

Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Xəzər” TV-nin keçmiş siması Sahibə Nəzərova 7 verilişdən sonra efirə çıxmaqdan imtina edib. 

Məlumata görə, teleaparıcı proqramın rejissoru ilə qalmaqal yaşayıb. Hər iki şəxs arasında yaranan anlaşılmazlıq mübahisəyə çevrilib və gərginlik daha da artıb. Nəzərova bu olaydan sonra işdən ayrılıb. 

Sahibə Nəzərova verilişdən ayrıldığını təsdiqləyib:

“Bütün əməkdaşlarla münasibətim əladır. Sadəcə olaraq verilişi çəkən şəxslə anlaşa bilmədik. Mənim kimi səbirli insanı özümdən çıxara bildilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...