Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Miri Yusifin yalanı üzə çıxdı - Reper həmkarı onu ifşa etdi - VİDEO

"Onun ətrafındakı insanlar da bilir ki, dəfələrlə münasibətlərimiz pozulub"

Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, türkiyəli müğənni Funda Ararla Miri Yusifin arasında yaşanan qalmaqalda adı hallanan, "Bağışla" mahnısının müəllifi olduğunu iddia edən MC Murad açıqlama yayıb.

O, "Youtube" kanalına yüklədiyi videoaçıqlamada yaşanan qalmaqala münasibətini bildirib. MC Murad bildirib ki, Miri Yusif onun mahnılarını öz adına çıxararaq dinləyicilərini aldadırmış.

"Ötən həftə Miri Yusif sosial şəbəkələrdə mənim "Bağışla” mahnımla bağlı bir xəbər yaydı. Çoxlarına məlum deyil, ancaq o, solo karyeraya başlayandan ifa etdiyi və onu tanıdıb, sevdirən mahnılarının müəllifi məhz mənəm. Bu siyahıda "Soruş”, "Etiraf”, "Səndən olmaz”, "Yoxam mən”, "Mən heç kiməm”, "İki doğma insan”, "Bağışla” və bir çoxları yer alır. Bilirəm ki, bəzi mahnıların müəllifi kimi özünü qeyd edib və əlinə düşən hər fürsətdə haqqımı danıb, yaradıcılığımı mənimsəyib. Onun ətrafındakı insanlar da bilirlər ki, dəfələrlə münasibətlərimiz pozulub. Hər dəfə də səbəb onun mənə qarşı etdiyi ədalətsizlik olub. O, ilk dəfə mahnımı oğurlayıb, öz adına çıxarıb, müəllif kimi adımı dananda, haqqımı ödəməyəndə belə informasiya agentliklərinə qaçmadım. Bilirdim ki, Miri Yusif qədər izləyicim yoxdur. Bu isə kənardan reklam xarakterli kimi görünə bilərdi. İlahi ədalətə güvənib, yaradıcılığımla məşğul oldum. "Leyli və Məcnun” müziklını yazdım. Bu Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutdu. Hazırda Heydər Əliyev Fondu ilə birgə çalışıram. İstanbuldayam və Azərbaycanımızı təmsil edirəm. Miri Yusif və onun komandası çalışırlar ki, mənim qazandığım uğurlara xələl gətirsin", - deyə MC Murad bildirib

O, Miri Yusifə üzünü tutaraq aşağıdakıları söyləyib: "Əgər bu mahnıları həqiqətən özü yazıbsa, çıxsın xalq qarşısında sübut etsin. Mənim əlimdə yazdığım hər mahnının faktı var. 15 yaşımdan musiqi ilə məşğulam, 13 yaşımda anamı, 17 yaşımda isə atamı itirdim. Ailəmə baxıram. Öz zəhmətkeşliyimlə və istedadımla qazanmışam. Heç kimin haqqına girməmişəm. Xalqın gözü tərəzidir, düzü əyridən seçməyi bacarıb". 

Xatırladaq ki, Funda Arar ifaçı Miri Yusifin "Bağışla" adlı mahnısını səsləndirib. Miri Yusifin "Ağ Qarğa" albomunda yer alan bəstənin sözləri və musiqisinin ifaçının özünə məxsus olduğu deyilir. Qeyd edək ki, Ararın dostu, türkiyəli şair Günay Çoban sosial şəbəkədə bəstənin azərbaycanlı MC Murada aid olduğunu və ondan icazə aldıqlarını yazmışdı. Funda Arar mahnıya çəkdirdiyi klipini də təqdim edib. "Bağışla" DMC musiqi şirkətində sinql formasında işıq üzü görüb. Miri Yusif sözügedən mahnını 2012-cİ ildə oxuyub.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...