Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günay evindən, maşınından cadu tapıb…

Evdən də cadu tapmışam, maşınımdan da.

Mynews.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli evindən tapdığı cadu haqda “Şou məkan” verilişində danışarkən deyib. O, gözə-nəfsə inandığını bildirib:

“Qonşumuzda bir qadın var, həmişə qabağıma çıxanda mən evə qayıdıram. Çünki yoluma davam edəndə başıma mütləq nəsə gəlir. Göz, nəfs var. Əslində, mən fala inanmıram. Düzdür, xoşum gəlir, maraqlıdır qəhvə falı. Qəhvə falıma baxıb deyiblər ki, təyyarə görünür burda. Uçacaqsan. Harasa gedirsən? Deyirəm, yox. Elə olub ki, bir plan çıxıb, səfərə getmişəm, orda düşünmüşəm ki, bunu mənə demişdilər. Evdən də cadu tapmışam, maşınımdan da. Bunlar normal şeylərdir. Məni istəməyənlərə isə quzu kəsərəm. Məni hamının istəməsi normal olmaz ki. Heç sevməyin, mənə belə də xoşdur. Əsas odur ki, mən sevirəm. Həyat sevincə gözəldir. İnsan həyatı, ətrafını, dostlarını, sevgilisini sevməlidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...