Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı modellər arasında dava: "Onu sevgilimlə tutdum" - VİDEO

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində yer alan azərbaycanlı modellər Əli Əkbərlə Elmir İsmayılov arasında qalmaqal yaşanıb.

Mynews.az-ın məlumatına görə, dostunun onun keçmiş sevgilisi Naz Milaya namizəd olması Əlini özündən çxıarıb.

Elmir Naz üçün canlı mahnı oxuyub. Nazın “Bu mahnı bizi görüb paxıllıq edənlərə getsin” sözləri studiyadakıları əsəbiləşdirib.

Onlar Nazın Əliyə söz atdığını, süni davrandığını deyib.

E.İsmayılov Əlinin ünvanına ittihamlar səsləndirib. O, Əlinin iki il əvvəl onun sevgilisini əlindən aldığını söyləyib:

“Bir xanımla 2 il əvvəl sevgili idik. Dava etdik, gördüm dayanmadan mübahisəmiz olur, ayrıldıq. Həmin ərəfədə Əli ilə dost idik. Qız məndən ayrıldıqdan sonra sevgilimi Əli ilə gördüm. Mənə qayıtdı ki, "Biz bir-birimizi sevirik, qarışma, öz yoluna get”. Mənim dostum necə belə edə bilər? Mənim keçmiş sevgilimlə fotosu da var".
 
Əli Elmirin bu iddialarının əsassız olduğunu deyərək, etirazını bildirib:

“Belə hadisə olmadı. Qızla Elmir dost idi. Elmir qızı sevirdi. Qızın məndən xoşu gəlir, dayanmadan bundan məni soruşurmuş. Qız gəlsin burada gerçəyi danışsın. Mən Elmirin ondan xoşu gəldiyini bilidiyim üçün qızdan qaçırdım. Qızın Elmirdən yox, məndən xoşu gəldiyi üçün məndən nifrət edib. Mənə qardaşım deyərək, içində kin toplayıb. Bura çıxmaq səbəbi də elə budur. Demək ki, Naza namizəd olmasının da səbəbi məndən intiqam almaq istəməsidir. Hətta Elmir həmin qızın ona bağışladığı üzüyü barmağında saxlayırdı".

Naz Elmirin keçmiş sevgilisinin üzüyünü taxması xoşuna gəlməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...