Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Nəşəni təbliğ edən insanlardan deyiləm" - Niyam Salami

Tanınmış müğənni Niyam Salami adı hallandığı nəşə qalmaqalı barədə açıqlama verib.

Metbua.az-a verdiyi müsahibədə fikirlərinin yalnış anlaşıldığını deyən müğənni bunları deyib:

"Mən müsahibəmdə qeyd etmişəm ki, siqaret çəkən deyiləm. Siqaretin tüstüsü belə mənə pis təsir edir. Spirtli içki qəbul etmirəm, nəşə də çəkmirəm. Ardınca əlavə etmişəm ki, çəkirəmsə belə, bundan sənə nə?!. Amma sözümün canında yenə nəşədən çox uzaq olduğum ifadəsi var idi".

O qeyd edib ki, saytın dərc etdiyi müsahibədə hər şey olduğu kimi vurğulanıb. Lakin xəbərin başlığının "Əcəb edib nəşə çəkirəm, sənə nə" kimi verilməsi onu çox narahat edib:

"Yüksək rütbəli biri xəbəri oxusa deyər ki, o qədər harınlayıb, qudurub ki, açıq-aşkar belə şeyləri danışır. Mən nəşəni təbliğ edən insanlar sırasına daxil deyiləm. Əksinə, pis vərdişlərə qurşananları qınayıram. Bu gözəl dünyada sağlam yaşamağı bacarmaq lazımdır. Belə ziyanlı şeylərlə ömrümüzü niyə qısaldaq? Hazırda idmanla məşğul oluram. Sağlam həyat tərəfdarıyam. Çox üzülürəm ki, adımla bağlı bu cür xəbər başlığı oxuculara, məni tanıyanlara təqdim edildi. Yenə də təkrar edirəm, mən mümkün olan pis vərdişlərdən, xüsusi ilə siqaret, spirtli içki və narkotik tipli bütün vasitələrdən uzağam, bundan sonra da uzaq olacağam".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...