Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aparıcıdan SƏRT REAKSİYA - "Məni sevmirsə…"

Mynews.az bildirir ki, Xəzər televiziyasınını aparıcısı Çiçək Yeniçağ.az-a özü ilə bağlı maraqlı açıqlamalar verib.

Heç vaxt bahalı geyimlərə üstünlük vermədiyini deyən aparıcı ən ucuz paltarının da qiymətini deyib:

"Mənim üçün qarderob çox önəmlidir, amma deyim ki, ən bahalı geyimləri alıram, yalan olar. Hətta bazardan da paltar alıb geyinə bilərəm. 2 manatlıq da nəsə ala bilərəm, 5 manatlıq da... Çox bahalı geyimlərə pul xərcləmirəm. Onu da deyim ki, geyimlərimi anamın zövqü ilə seçirəm. Ümumiyyətlə, zövq məsələsində yalnız anamla məsləhətləşirəm".

Çiçək ikiüzlü insanlardan həmişə qaçdığını deyib:

"Üzümə gülüb, arxamca danışan insanları sevmirəm. Məni sevmirsə, üzümə desin ki, səni sevmirəm. Belələri ilə yalnız "salam-sağ ol" edirəm. Dürüst insanam və ikiüzlülüklə qarşılaşsam, belə insanlarla münasibəti bitirə bilərəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...