Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mahsun Kırmızıgülə bəd xəbər

Bu yaxınlarda "Vezir parmağı" komediya filmini təqdim edən Mahsun Kırmızıgül gözlənilən kassa uğurunu qazana bilməyib.

Mynews.az axşam.az-a istinadən bildirir ki, filmi 400 kinoteatr salonunda üç gündə sadəcə 242 min nəfər izləyib. 

"Beyaz Melek", "Güneşi Gördüm", "New York'ta Beş Minare" və "Mucize" kimi dram filmləri ilə rejissor və aktyor kimi məşhurlaşan Mahsun həftənin üçüncüsü ola bilib.

Həftənin ən çox izlənən filmi Ata Demirerin baş rolda çəkildiyi "Olanlar oldu" filmi, ikincisi isə "Moana" animasiya filmi olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...