Azərbaycanlı müğənnidən gözlənilməz etiraf: - “Maşın “podpres”i oğurlayıb satırdım - VİDEO

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib.
Sevilən ifaçı uşaqlığından və atasız böyüməyindən söz açıb: "5 yaşımda atamı itirmişəm. Atam Namiq Bədəlov da musiqiçi olub. Anam bizi böyüdüb, həm analıq, həm də atalıq edib. Amma müəyyən məqamlar olub ki, atasızlığı hiss edibsən. Bir bacı, bir qardaşıq. Bacım da ailəlidir. İlk qazancım avaraçılıqla olub sözün açığı. "Podpres" oğurluyub satmışam. Gecəynən oğurluyurduq. Bir dostum var idi, rəhmətə gedib, onunla edirdik. Boşluğuma düşüb etmişəm. 11-12 şirvana satırdıq. Günə 10-12 dənəsin oğurluyurduq. Hərəsin 3 şirvana satırdıq. Buradan həmin adamlardan halallıq istəyirəm. Sonradan başa düşdüm ki, bu düz yol deyil".
Daha sonra ifaçı aktyorluğundan da danışıb: "Mən evə qayıdıram" filminin baş rolunda oynamışam. Şəhid qəhrəmanımız haqqındadır. İlk dəfə Şuşanı xilas edən şəxs idi. Onu o filmdə mən canlandırmışam. Bu, mənim üçün böyük uğurdur. Kastinqdə 130 nəfərin içindən seçilmişdim. Amma baş rol olduğumu deməmişdilər. Sonradan öyrəndim və az qala sevincimdən uçurdum. Hər kəs tərəfindən bəyənildim".
Emil atasının ifa etdiyi mahnıları oxuduğunu bildirib: "Atamın oxuduğu mahnıları oxumuşam. Bənzərlik də çoxdur. Briliant xanım məni ilk dəfə görəndə dedi ki, atan "krasavçik" idi sən kimə oxşamısan? Gözümü açandan evimizdə sənətkarlar olub. Hər gün evimizdə musiqi sədaları eşidilirdi. Atam qəzada dünyasını dəyişib. Toydan qayıdandan sonra səhəri gün Almaniyaya qastrola gedirdilər".
Loading...
Maqazin
- Elgiz Əkbər: "İşləməyən kişiləri əşyaları ilə birgə çölə atın"
- Azər Zahid qazilərlə bağlı qalmaqallı görüntülərindən danışdı - "Öz cibimdən pul vermişəm" - VİDEO
- "Mən də hovuza girirəm, sən mənim qohumlarıma "peysər" deyirsən?" - Pərvin Abıyeva
- Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO
- "Survivor All Star 2022"nin qalibi məlum oldu
- "O insan hamıya yuxarıdan aşağı baxır" - Zaurun efirdən qovduğu müğənni danışdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1035 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1010 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1007 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1003 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 1000 dəfə oxunub
loading...