Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı müğənninin əli yandı - VERİLİŞDƏ - VİDEO

Dünya TV-də “PAY şou” adlı yeni veriliş başlayıb.

Mynews.az xəbər verir ki, verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir. Verilişə məşhur və istedadlı incəsənət nümayəndələri dəvət olunur. Hər verilişdə bir maraqlı mövzu qoyulur. Mövzu haqqında həm qonaqlarla müzakirə aparılır, həm də Bakı şəhərində sakinlərdən alınmış müsahibələr süjet kimi efirə gedir.

İlk buraxılışın mövzusu “EŞQ” olub. Qonaqlar: əməkdar artist Ruhəngiz Musəvi, müğənni Fərid Quliyev, aktyor-parodist Elmir Nəsirov olub. Verilişdə həmçinin qaradərili şoumenin təqdimatında köpük şousu göstərilib. Şou zamanı qonaqlar alov nömrəsində iştirak ediblər. Alov şou zamanı müğənni Fərid Quliyevin əli yanıb. Şoumen qonaqlara həyəcanlı anlar yaşadıb. Veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...