“Bir sifətdə olmaq lazımdır” - Nazpəri
Xalq artisti Nazpəri Dostəliyeva "ATV maqazin onlarla" verilişinə maraqlı açıqlamalar verib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, sənətçi bildirib ki, insan gərək bir sifətdə olsun, şər və böhtandan uzaq gəzsin: "Daxilin necədirsə, üzün də elədir. Əgər daxilin təmizdirsə, Allah səni şər və böhtandan, yalandan, iftiradan daim qoruyacaq".
Uzun illərdir sənətdə olan Dostəliyeva qocalmamağının sirlərini də bölüşüb. O, heç vaxt plastik əməliyyat etdirmədiyini vurğulayıb: "Plastik əməliyyatın əleyhinə olmamışam. Amma bəzən estetik əməliyyat gözəl xanımı çirkin edir. Mən heç vaxt əməliyyata üz tutmamışam, amma yaş ötdükcə ola bilər".
Xalq artisti səhnədə kilolu olan sənətçilərə də iradını bildirib: "Səhnə artıq kilonu qəbul etmir. Sənətçilər nəyin bahasına olursa, olsun, özlərinə, çəkilərinə fikir verməlidirlər. Biz göstəriciyik. Bizdən sonra gələn nəsil səhnədə 150 kiloqramlı birini görsə, deyəcəklər, elə belə lazımdır. Mən də formada qalmaq üçün idmanla məşğul oluram. Həftənin 3 gününü vaxtımı ona ayırıram".
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 595 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub