Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müğənninin vəfatından 6 il ötür

Bu gün tanınmış müğənni Rüfət Mehdiyevin anım günüdür.

Mynews.az-ın məlumatına görə, R.Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.

Müğənni Bakı Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. “Space” televiziyasında hazırlanmış “Qış nağılı” (2004) və “Baharın nağılı” (2008) film-verilişlərində çəkilib.

Onun ifasında dinlədiyimiz “Darıxdım”, “Həyatı sevirəm”, “İl keçdi” və s. kimi mahnılar hələ də onu xatırlayanların yaddaşındadır.

1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. 

Nizami rayon qəbiristanlığında dəfn edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...