Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

45 yaşlı kişi ilə sevgili olan Aysel - "Allah nəsib edərsə, qanuni şəkildə ailə quracağam"

Xəbər verdiyimiz kimi müğənni Aysel Əlizadənin 45 yaşlı avtoqalereya sahibi ilə sevgili olması barədə xəbərlər yayılıb.

BiG.AZ xəbər verir ki, ifaçı bu barədə yayılan xəbərlərə açıqlama verib: 

"Çox təəssüf ki, bu günə yalan dolu şayiə ilə başladım. Açıqlama verməyimə səbəb budur ki, hər birinizlə dostluğumuz, hörmətimiz qarşılıqlı olub. Sənətimdə mənə dəstək olmusunuz. Buna görə çox sağ olun. Hər zaman da əməyinizi qiymətləndirmişəm. Ancaq çox məyus oldum. Artıq buna normal baxıram. Xəbər gəldikdə isə gənc xanımam, ifaçıyam, tanınıram və məni sevən də, sevməyən də çoxdur. Şükürlər olsun ki, yaxşı dostlarım var. Şəxsi həyatımla bağlı bu son açıqlamam olsun. Həyatımda heç kim yoxdur. Allah nəsib edərsə, ailə quracağım insanla münasibətim qanuni şəkildə olacaq. Həyatımda qeyri-qanuni heç kim olmayıb və ola bilməz. Bunu qulağınıza sırğa edin. Çünki mən ailəmi və yaxınlarımın adını hər zaman düşünən bir insan olmuşam. Bu günə kimi Ayseli nə çılpaq, nə də hansısa barlarda, küçələrdə, pis yollarda görən insan olmayıb. Varsa, buyurun! Çox şükür, öz zəhmətimlə avtomobil almışam və öz gələcəyimi də qurmuşam. 12 ildir səhnədəyəm, ona görə də, bu yalanlarla kefimi korlamayın. Adımı ləkələyən insan - ətrafındakı qadınlardan qorxsun. Aysel bundan sonra haqqında yalan xəbər yazan saytları məhkəməyə verəcəyini bildirib: "Haqqımda yazılan, deyilən sözlərə gəldikdə isə heç bir zaman bilib-bilmədən heç bir insanı mühakimə etməyin. Bundan sonra haqqımda yalnış yazılan hər kəliməyə görə qanunla cavab veriləcək. Yalana nifrət edirəm və yalan danışan insanı cəzalandıraram".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...