Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Hamı məni yekəxana, lovğa, dikbaş kimi tanıyır" - aparıcı Zaur

Загрузка...

“Efirdən hamı məni yekəxana, lovğa, dikbaş kimi tanıyır. Həyatda belə deyiləm”.

Mynews.az  x
əbər verir ki, bu sözləri aparıcı Zaur Kamal “5/5” verilişində deyib.

Aparıcı ona "yekəxana" deyənlərə cavab verib:

“Həyatda məni görən, söhbət edən deyir ki, səninlə oturub saatlarla danışarıq. Bu, efirdə yaratdığım imicdir. Əslində utancaq biriyəm”.

Z.Kamal heç vaxt efirə qrimlə çıxmadığını söyləyib:

“Efirə çıxanların çoxu üzünə qrim vurur. Rəhbərlik də hər zaman bunu mənə irad tutur. Deyir ki, belə səhvdir, efirdə qrim et. Qaşınıram, edə bilmirəm.

Bəzi müğənnilər yaşlananda üzünü dartdırır. Allah uzaq eləsin”.