Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda müğənni pulsuz toy edəcək - "Yeyib-için, pul lazım deyil..." - VİDEO

Mətbuat.az saytının informasiya dəstəyi olduğu, Dünya TV-də yayımlanan “PAY” şou verilişinin "Toy adət-ənənələri"nə həsr edilmiş buraxılışında aparıcı Nizami Nikbin maraqlı fikri ilə gündəmə gəlib.

"Toyda pul yığmaq ənənəsinin ləğv olunmasını istərdinizmi?"

Müğənni qonaqlar, İradə Mehri və Tural Ağdamlı bu fikirlə razılaşmasa da, öz arzusunu dilə gətirərək deyib: "İnşallah, qismət olsa, toyum olanda pul yığmayacam. Bəziləri səbəb olaraq bildirir ki, kasıb olduqları üçün yığırlar. Əvvəla, hamı kasıb deyil, müəyyən bir hissə ən azından pul yığmaya bilər. İkincisi, əgər kiminsə maddi vəziyyəti aşağıdırsa, şərtdirmi bahalı yerdə toy eləsin, çox qonaq dəvət etsin? Münasib qiymətə olan restoran seçsin, 200 nəfər qonaq dəvət etsin. Kiçik məbləğlə də toy keçirmək olar".

Mövzu ilə bağlı şəhər sakinləri arasında da keçirilən sorğu tamaşaçılara təqdim olunub. Sakinləri bəziləri bu fikri dəstəkləyib. Onlardan biri vurğulayıb ki, "Toydan sonra siyahı ilə gəlirsən evə və başlıyırsan bütün həyatın boyu o siyahıda məbləğləri ödməyə".

Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...