Türkan Şoray pərəstişkarlarına - ÜZÜCÜ XƏBƏR
Türkan Şorayın iki böyrəyi də kuşing xəstəliyinə tutulub.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın meneceri Bircan Silan Türkan Şorayın artıq çəkilərinin kuşinq sindromuna səbəb olduğunu açıqlayıb:
"Türkan Şoray 2 il əvvəl professor Nihat Yavuz tərəfindən kuşinq sindromundan əməliyyat edilmişdi. Eyni xəstəliyin iki böyrəyində də yenidən başlaması səbəbiylə təkrar müalicəsinə başlanıb. Bu, orqanizmdə çox kortizon ifraz lolunmasına səbəb olan bir xəstəlikdir".
Kuşinq sindromu nədir?
Kuşinq sindromu tez-tez qadınlarda rast gəlinən haldır. Bu xəstəlik zamanı qadın hədsiz dərəcədə kökəlir, qanda şəkərin miqdarı yüksəlir. Xəstələrin böyrəklərində şəkər olur. Böyrəküstü vəzilərindən kortizol adlı hormon hasil edilir. Əgər bu hormon böyrəküstü vəzilərindən çox miqdarda istehsal olunarsa, ya da kortizon adləı dərman uzun müddət yüksək miqdarda istifadə edilsə, kuşinq xəstəliyi meydana gəlir. Bu xəstəlik ilk dəfə amerikalı həkim Harvey Kuşinq tərəfindən tapılıb.
Piylənmədən fərqli olaraq kuşinq sindromu üçün xarakterik simptomları çiyin, ayaq və sağrı əzələlərinin atrofiyaya uğramasıdır. Məhz buna görə də, xəstə ayağa qalxdıqda çətinlik çəkir. Qarın əzələlərinin atrofiyaya uğraması qarnın "qurbağayabənzər" olmasına gətirib çıxarır və beləliklə də qarnın ağ xətt yırtıqlarının yaranmasına səbəb olur.
Piylənmənin proqressiv şəkildə artması və dəridə kollagenin azalması dəridə striya və ya cırılmalara gətirib çıxarır. Striyalar tünd qırmızı və ya bənövşəyi rəngdə olub qarın, bud əzələsinin içəri yuxarı hissəsində, süd vəzilərində, çiyinlərdə yerləşir və striyaların ölçüləri bir neçə santimetrə qədər ola bilər. Bəzən dəridə xırda səpgilər və kiçik ölçülü qansızmalar yarana bilər.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 576 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 565 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 560 dəfə oxunub