Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mehriban Kərimi yenidən məhkəməyə verir: - "İçərdə yatmasını istəyəcəm"

"Kərim Abbasovu yenidən məhkəməyə verib, onun həbsini istəyəcəyəm. Bu dəfə etdiyi ona baha başa gələcək".

Mynews.az xəbər verir ki, BiG.AZ-a açıqlamasında bu sözləri əməkdar artist Mehriban Xanlarova deyib:

"Yenidən şəklimi yayıb, fakt göz qabağındadır. Birinci məhkəmədə min manat verdi, üzr istəmək də qalmışdı... Etdiyi əməl ucbatından onun həbsini istəyəcəm. Cəzalandırmaq lazımdır. Olmaz belə ... ". 

Qeyd edək ki, K. Abbasov bir neçə saat öncə Mehriban Xanlarovadan sosial şəbəkə vasitəsilə üzr istəyib: 

Mehriban Kərimi yenidən məhkəməyə verir:

Məsələ ilə bağlı K. Abbasovdan açıqlama aldıq. K. Abbasov big.az-a açıqlamasında bildirib:

"O şəkil bütün saytlarda var. Niyə məhkəməyə verir ki ? Allah canını sağ etsin. Xəbərim yoxdur, yenidən məhkəməyə verməsindən ...".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...