Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rza Zarrab və Ebru Gündeşə böyük - ŞOK!

Rza Zərrab və Ebru Gündeşin “Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa” zidd olaraq məşhur tarixi villalarında təmir işləri aparması ilə bağlı başlayan növbəti məhkəmə prosesi baş tutub.

Mynews.az xəbər verir ki, Ebru və Rzanın əkiz villalarının eks-sahibi Fatma Sema Küçüksöz məhkəmədə şahid qismində danışdırılaraq oranı birinci dəfə aldığı zaman pis vəziyyətdə olduğunu və tarixi binanın əslinə qanuna uyğun olaraq təmir etdirdiyini bildirib.

Sonra isə təmiri həyata keçirən Hakkı Süha Gökdemirin məhkəməsi baş tutub. Məhkəməyə şikayətçi tərəf -Ətraf Mühit və Şəhərsalma Rayon İdarəsinin vəkili Kövsər Erman ilə müqəssir tərəf - Hakkı Süha Gökdemirin və Rza Zərrabın vəkili Tuğçe Yanarkol iştirak edib. Lakin Rza Zərrab həbsdə olduğundan ifadəsinin alınması üçün Beynəlxalq Hüquq və Xarici İşlər Xidmətinə müraciət olunacağı barədə qərar qəbul edilib.

Şikayətçi tərəfin hesabatında deyilir ki, villarlarda bütün təmir işləri icazəsiz aparılıb. Rza Zərrabla Ebru Gündeş qanuna əməl etməyərək tarixi binada lift quraşdırıb, dənizə baxan tərəfdə pəncərələr dəyişdirilib, binanın döşəməsi yenisi əvəz edilib, binanın damı yüksəldilib, 2-ci mərtəbədəki eyvan örtülərək otaq düzəldilib, orijinal arxitekturası dəyişdirilərək tamamilə yeni dizayn yaradılıb.

Sonda isə məhkəmə qanunun müvafiq maddələri çərçivəsində villalara edilən dəyişiklərin sökülməsi barədə qərar qəbul edib. Binanın qanunvericiliyinə zidd olan yenidənqurma işlərinin dağıdılması irəli sürülüb.

Xatırladaq ki, R.Zərrab 2011-ci ildə Ebrunun adına əkiz villaları alıb. İş adamı tarixi əsər olaraq qeydiyyatda olan malikanədə əsaslı təmir işləri aparıb. Daha sonra araşdırma zamanı villalara lift qurlaşdırıldığı, binanın tamamilə dəyişdirildiyi məlum olub.

Hadisədən xəbər tutan Ətraf Mühit və Şəhərsalma Rayon İdarəsinin Beykoz Prokurorluğunda cinayət işi qaldırıb. Cütlüyün 6 aydan 3 ilə qədər həbs olunması istənilib. Nəticədə Rza Zərrabla Ebru Gündəşin vilların təmirinə xərclədiyi milyonlar göyə sovrulacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...