Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Afaq Gəncəli 18+ olduğu deyilən fotosundan danışdı: - "Kim nəyi görmək istəyirsə, onu da görür"

Aparıcı Afaq Gəncəlinin həmkarı İlkin Həsəninin toy məclisində istifadə etdiyi çanta kəskin tənqidlərə məruz qalıb.

Mynews.az Azxeber.com-a istinadən bildirir ki, teleaparıcı Nərgiz Məmmədovanın paylaşdığı foto günün trendinə çevrilib.

Belə ki, Afaq Gəncəlinin çantasının forması sosial şəbəkədə tənqidlərə, hətta təhqirlərə məruz qalıb.

Bir çox istifadəçilər buna görə teleaparıcını "tərbiyəsiz", "mədəniyyətsiz" adlandırıblar.

Teleaparıcı məsələylə bağlıaçıqlamasında deyib ki, bunu yazan insanlar "işsiz, bekar" insanlardır: "Mən bu haqda rəsmi səhifəmdə də yazmışam və video paylaşmışam. Bu çantadır və çantanın "zamokudur". Əgər məni təhqir edənlər başqa nəsə görmək istəyirsizsə, bu onların problemidir, onlar heç həkimə də müraciət etməsinlər, çünki bu məsələ heç həkimlik də deyil. Bir sözlə, kim nə görmək istəyirsə, onu da görür".

Müzakirələrə səbəb olan fotonu təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...