Alimlər iflic olmuş insanların fikirlərinin şifrini açmağa nail olublar
İsveçrəli alimlər tamamilə iflic vəziyyətinə düşmüş insanlarla ünsiyyət qurmağa imkan verən sistem yaradıblar.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, neyrofizioloqlar iflic olmuş insanla ünsiyyət zamanı onun beyninin bu və ya digər sahələrinin fəallığını izləmək üçün maqnit-rezonans tomoqrafından və infraqırmızı spektroskopdan istifadə ediblər.
Tamamilə iflic vəziyyətində olan dörd nəfərin iştirak etdiyi eksperiment nəticəsində alimlər müvafiq cihazlardan alınan informasiyanı "hə" və ya "yox" şəklində cavablara interpretasiya edə biliblər.
Eksperiment iştirakçıları öz qohumlarını tanıyıb və sadə suallara cavab verə biliblər. Pasiyentlərdən biri hətta öz qızının ərə getməsini qadağan edib.
Tədqiqat müəlliflərindən biri deyib: "Bu heyrətamiz nəticə mənim özümün yaratdığım bir nəzəriyyəni təkzib edir ki, "qapalı insan sindromu"ndan əziyyət çəkən, tamamilə iflic vəziyyətində olan insanlar prinsip etibarilə xarici aləmlə ünsiyyətə qabil deyil. Bizim təcrübələr göstərdi ki, dörd nəfər könüllünün hər biri onlara verilən şəxsi xarakterli sualları yalnız fikrin gücü hesabına cavablandıra biliblər.
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub