Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bütün dünya yenə ondan danışır - Xərçəng xəstələrini sevindirəcək xəbər

Nobel mükafaçısı Aziz Sancar siqaretin DNA-ya ziyanının xəritəsini çəkib.

Türkiyəli alim professor doktor Sancar və komandası siqaretin insan DNA-sına vurduğu ziyanın xəritəsini çıxaran texnika icad ediblər.

Siqaret DNA-ya ziyan vurur və ağ ciyə xərçənginə səbəb olur. Amma ABŞ-ın Şimali Karolina universitetində Sancarın rəhbərlik etdiyi komandanın alimləri siqaretin DNA-ya necə ziyan vurduğunu ortaya qoyan bir işə imza atıblar.

Professor doktor Sancar açıqlama verərək üzərində işlədikləri layihənin siqaret çəkməyin orqanizmə nə qədər ziyan olduğu mövzusunda  məlumatlandırma işinə kömək eəcəyinə inandığını bildirib. Eyni zamanda bu layihə DNA-dakı ziyanın bərpa edilməsi və dərman kəşfi məsələsində də önəmli olduğu bildirilir.

Bu xəritələrin siqaretin səbəb olduğu xərçəngin necə yarandığının, bəzi insanların niyə xərçəngə qarşı müdafiəsiz və ya  müqavimətli olduğunun və xərçəngin qarşısının necə alınmasının başa düşülməsinə kömək edəcək.

Ölkə.Az" 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...