“Onlar yenidən qəbul imtahanı verəcəklər” - DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi yanğın hadisəsi baş vermiş Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanının taleyi ilə bağlı məlumat yayıb. Mərkəzdən Mynews.az-a verilən məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub.
“Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaqdır” – deyə məlumatda bildirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Tanınmış teleaparıcı “Space”dən niyə ayrılıb? - - AÇIQLAMA 950 dəfə oxunub
- Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz! 931 dəfə oxunub
- Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı 922 dəfə oxunub
- Balakəndə qardaşlar qəzaya düşdü - - ölən var 918 dəfə oxunub
- Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək 915 dəfə oxunub