669 bal topladı, universitetə qəbul ola bilmədi - Azərbaycanda inanılmaz hadisə
Bu il qəbul imtahanında xeyli sayda abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyiblər.
Mynews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
K. Əsədov bildirib ki, ali təhsil müəssisələrinə qəbulda test mərhələsindən məqbul bal toplayaraq müsabiqə mərhələsinə buraxılan, amma kəsilən abituriyentlərin sayı az deyil: "I ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 23, 400-dən çox bal toplayan 4, 500-dən çox bal toplayan 2 nəfər, II ixtisas qrupu üzrə 350-dən yuxarı bal toplayan 31, 400-dən çox bal toplayan 16, 430-dan yuxarı bal toplayan 3 nəfər, III ixtisas qrupu üzrə 350 baldan yuxarı toplayan 192, 400-dən çox bal toplayan 57, 500 baldan yuxarı toplayan 14 nəfər , IV qrup üzrə 350 baldan yuxarı toplayan 73, 400-dən çox bal toplayan 51, 500 baldan yuxarı toplayan 17 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib”.
Təhsil eksperti əlavə edib ki, universitetə qəbul olmayan abituriyentlər sırasında 600-dən yuxarı bal toplayanlar da var: "III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan 1 nəfər, 640-dan yuxarı bal toplayan 1 nəfər kəsilib”.
K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin ixtisas seçimində səhvə yola vermələridir: "Abituriyentlər kodlaşdırma əsnasında keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər”.
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 990 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 965 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 954 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 953 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 950 dəfə oxunub