Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya elmində bir ilk - Süni insan orqanları yaradıldı

Amerika tədqiqatçıları xəstənin bədənində sinir lifləri və qan damarlarından bütöv orqanlara qədər hüceyrələrin istənilən növünü yaratmağa imkan verən “Toxumaların nanotransfeksiyası” (TNT) adlı yeni texnologiyanı təqdim ediblər.

Mynews.az teleqraf.com-a istinadən məlumat verir ki, Ohayo Dövlət Universitetinin alimləri əzaları zədələnmiş siçan və donuzlar üzərində təcrübələr aparıblar. Dəri hüceyrələrinin damar hüceyrələrinin funksiyasını yerinə yetirməsi üçün onlar yenidən proqramlaşdırılıb. İki həftə davam edən sınağın sonunda heyvanların əzalarında olan qan damarları düzgün fəaliyyət göstərməyə başlayıb.

Tədqiqat müəlliflərindən biri olan Çandan Sen bildirib ki, hüceyrələrin çevrilməsi prosesi cəmi bir saniyəyə baş verir. TNT iki komponentli texnologiyadan ibarətdir. Bioloji “konverter” dəri hüceyrəsindən istənilən digər hüceyrəni yaradır, sonra o, nanoçipin köməyilə orqanizmə çatdırılır. Qurğu hüceyrələrin çevrilməsi prosesini 98 faiz müvəffəqiyyətlə həyata keçirib.

Hüceyrələr zəif elektrik enerjisi sayəsində tətbiq edilir və praktik olaraq pasiyent tərəfindən hiss olunmur. Alimlər 2018-ci ildə texnologiyanı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...