Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİM "Abituriyent" jurnalı ilə bağlı məlumat yaydı - "Xüsusi buraxılış..."

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini "Abituriyent" jurnalının xüsusi buraxılışında çap edib.

Mynews.az xəbər verir ki, bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib. "Abituriyent" jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. Jurnalı aşağıdakı ünvanda yerləşən "Abituriyent" satış köşkündən, həmçinin kitab mağazalarından almaq olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...