Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günəşdə baş verən DƏHŞƏTLİ PARTLAMA texnikaları sıradan çıxara BİLƏR - VİDEO

Alimlər hesab edir ki, dünən Günəşdə baş verən güclü partlayışlar Yer kürəsinin sakinlərinin vəziyyətinə təsir edə bilər.

Mynews.az "Report"-a istinadən xəbər verir ki, yaxın vaxtlarda Yerdə güclü maqnit qasırğası gözlənilir.

Bununla əlaqədar planetimizin bəzi sakinlərinin halı qəfil pisləşə bilər. Lebedev adına Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun alimləri elektron avadanlıqları işində pozulmaların baş verə biləcəyini istisna etmir.

Artıq bu gün Yerin Avropa və Amerikaya düşən işıqlı tərəfində radioəlaqədə və GPS siqnallarının qəbulunda pozulma halları baş verib və bu hal, təxminən, bir saat davam edib. Alimlərin fikrincə, maqnit qasırğası maksimum həddinə sentyabrın 8-9-da çatacaq.

Belə qasırğalar zamanı ayrılan enerji milyardlarla meqaton hidrogen bombasının partlamasına bərabərdir.

Qeyd edək ki, maqnit qasırğası yarada biləcək iki partlayış Günəşin Yerə daha çox təsir göstərən hissəsində baş verib və bu partlayışlar son 12 il ərzində ən güclü partlayışlardır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...