Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öldükdən sonra bu insanların beynindən istifadə olunacaq - TƏKLİF

BBC ("Bi-Bi-Si”) Teleradio Korporasiyasının yaydığı məlumata görə, dünya alimləri depressiya və posttravmatik stress kimi psixi xəstəliklərdən əziyyət çəkən adamlardan öləndən sonra öz beyinlərini elmə qurban verməyi xahiş edirlər.
 
Mynews.az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu, psixi və sinir pozulmalarının, o cümlədən Parkinson və Alsheymer xəstəliklərinin müalicəsi üçün dərmanlar hazırlamaq üçün lazımdır. Hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşən və beyin toxumaları məsələləri ilə məşğul olan Harvard Tədqiqat Mərkəzində 3 mindən çox beyin nümunəsi saxlanılır. Bu mərkəz dünyada ən iri "beyin banklarından” biridir. Nümunələrin çoxu psixi və sinir pozulmalarından əziyyət çəkən insanlarındır.
 
Tədqiqat Mərkəzinin başçısının sözlərinə görə, hazırda alimlərdə insan beynini tədqiq etmək üçün alətlər var. Yalnız xəstəliyinin səbəbləri öyrənilməli olan insanların toxumaları çatışmır.
 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...