Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dahilər psixi pozğun olurlar - ALİM RƏYİ

Həqiqətənmi yüksək intellektual səviyyəli insanlar psixi pozğunluqdan əzab çəkirlər?

Publika.az bildirir ki, Amerika alimləri sınaq keçirərək bunu müəyyənləşdirməyə çalışıblar. Bunun üçün onlar intellekti yüksək olan insanları birləşdirən “Mensa” təşkilatının 3715 iştirakçısı üzərində tədqiqat keçiriblər.

Sınağın bütün iştirakçılarının intellekt əmsalı (IQ) 130-dan yuxarı idi. Tədqiqatçılar onlardan təsdiq edilmiş və ya güman edilən psixi pozğunluqlar, astma, qida allergiyası və avtoimmun xəstəlikləri haqqında suallara cavab verməyi xahiş ediblər.

Alimlər qeyd edirlər ki, sınağın iştirakçılarının əksəriyyəti hər gün yüksəlmiş emosionallıqdan və həddən artıq qıcıqlanmadan əziyyət çəkirlər. Onlara elə gəlir ki, ətrafda çox adam “kütdür”, öz fikirlərini izah etməkdə çətinlik çəkirlər. Nəticədə, daim hiss edilən qıcıq və stress immun sisteminin işində dəyişikliklərə gətirib çıxarır ki, bu da öz növbəsində, bədənin və beyinin fəaliyyətinə təsir edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...