Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Dünyanın sonu olmayacaq, bizim gördüyümüz formada dağılacaq” - QİYAMƏT İDDİALARI

21 avqustdakı günəş tutulmasının ardından 20-23 sentyabr tarixlərində əsrarəngiz Nibiru planetinin Dünyaya çırpılacağı və qiyamətin baş verəcəyini iddia edən konspiransiya nəzəriyyəçiləri sözügedən tarixi təxirə salıb.

Konspiransiya nəzəriyyəçiləri bir müddətdir ki, 3.600 ildə bir Günəş sistemi orbiti ilə kəsişdiyini iddia etdikləri Nibiru planetinin gəlişini gözləyir. Hər nə qədər Amerikan Kosmos və Aviasiya İdarəsi (NASA) Nibiru ilə bağlı şayiələri qətiyyətlə rədd etsə də, nəzəriyyəçilər bu iddialarından əl çəkənə bənzəmir.

“Daily Mail” qəzetinin yazdığına görə, 21 avqustdakı günəş tutulmasının ardından xristian numeroloqlar ən gec 23 sentyabrda Dünyanın dağılacağını iddia etmişdilər. İndi isə Nibirunun 19 noyabrda Dünyaya yaxınlaşacağını irəli sürürlər. Nibiru və ya “X Planet” adlandırılan göy ciminin ya Dünyaya birbaşa çırpılacağı, ya da yaxınlığından keçərək güclü zəlzələlərə yol açaraq yer üzünü ortadan qaldıracağını iddia edirlər.

Bəzi konspiransiya nəzəriyyəçiləri isə sözügedən planetin indidən günəş sisteminə enerji göndərməyə başladığını bildirir. Bununla da Dünyanın iqlimini alt-üst edəcəyini iddia edərək, təbii fəlakətlərə yol açacağı proqnozunu verirlər.

NASA isə “Nibiru və digər planetlərlə bağlı internetdə yayılmış iddialar saxtadır” deyir. NASA belə bir qiyamət ssenarisini qətiyyətlə rədd edir.

Konspiransiya nəzəriyyəçilərinin ardında “Planetxnews.Com” saytı da Dünyada baş verən son zəlzələ və vulkanik hadisələrin yaxınlaşmaqda olan planetin cazibə gücündən qaynaqlandığı iddia edir.

23 sentyabr proqnozu doğru çıxmayan xristian numerolog David Mead isə “İncil”də və Gizli piramidada yazılanların 33-cü günə işarə etdiyini bildirərək bunu “Günəş tutulmasının 33-cü gücü” – deyə şərh edir. Mead sentyabrın 23-də qiyamətin baş verəcəyini demədiyini, qiyamət öncəsi dövrə qədəm qoyulduğunu dediyini idda edərək  “Dünyanın sonu olmayacaq, bizim gördüyümüz formada dağılacaq” deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...