Tovuz sakinindən maraqlı ixtira - Pulsuz enerji əldə edir - VİDEO
Tovuz sakini maraqlı qurğu düzəldərək ondan təsərrüfat işlərində istifadə edir. Fermer axar suyun üzərində böyük çarx quraşdırmaqla elektrik enerjisi ala bilib. Bu üsulla o, təsrrüfatını sözün həqiqi mənasında, işıqlandırıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, axar suyun təsiri ilə hərəkətə gələn çarx mühərriki işə salır. Bu yolla elektirik enerjisi əldə edir.
Tovuzlu fermer ixtira etdiyi maraqlı qurğu ilə elektir enerjisinə olan tələbatını ödəyə bilir. Rayonun Düz Qırıqlı kənd sakini Arif İsgəndərov Kür çayı yaxınlığındakı fermasında avtomobil hissələrindən böyük çarx düzəldərək axar su ilə onu hərəkətə gətirib. Müxtəlif vasitələrlə isə çarxı mühərriklə əlaqələndirib. Beləcə, 100-120 volt gücündə elektrik enerjisi əldə edib.
Təsərrüfatçı deyir ki, çarxı düzəltmək üçün xeyli vaxt və əmək sərf edib. Detalların hamısı tullantılar olduğu üçün, cihaza, elə də çox vəsait xərcləməyib. Qurğudan alınan enerji ilə məişətdə istifadə olunan elektrik avadanlıqlarını da işə salmaq mümkündür.
Arif Əsgərov deyir ki, qonşu fermalar da qurğudan yararlana bilir. Təsərrüfatçı gələcəkdə çarxı təkmilləşdirib daha çox enerji əldə etmək istəyir.
Elm
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş
- Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl
- Ödənişli təhsil alan tələbələrə ŞAD XƏBƏR...
- Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi
- Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 942 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 593 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 583 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 583 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 580 dəfə oxunub